Hər birimiz hekayələri çox sevirik. İstər romantiki, istər qorxulusu, istər fantastiki, istərsə də dramatiki olsun. Hər bir insanın şüurunda bir çox hekayə mövcuddur. Sadəcə bəziləri o hekayəni yazılara və ya dilə gətirə bilir. Amma çox-çox illər əvvəl idi bu.

Bu gün isə bütün insanlar yazardır. (bütün insanlar deyirəm həqiqətən bütün insanlar) O qədər gözəl yalan danışırki, insan hekayə dinləyirmiş kimi dinləmək istəyir. İstəmir o yalanlara inanmasın. O hekayə başqa bir şeyin yalanı da olsa hekayənin doğrusudur. Çünki, artıq hərbirimiz yalanı istəyirik, düz sözlə ehtiyacımız qalmayıb. Ona görəki bu həyatdan özümüzə aid olmayan çox şey istəyirik. Halbuki bizə aid olan tək şey var…