Səhərin günəşli havası ilə oyandım. Həftə sonu olduğundan tez atamın yanına qaçıb məni bu həftə sonu kinoya aparacağına söz verdiyini xatırlatmağa getdim.

Atam divanda oturub qəzet oxuyaraq televizora baxırdı. Atama yaxınlaşıb.

– Ata, ata, nə vaxt gedirik?

– Hara oğlum?

– Keçən həftə mənə söz vermişdinki bu həftə sonu səni kinoya aparacam. Hava da superdir, gəl gedək.

Atam çox yorğun idi bilmədi bu vəziyyətdən necə çıxsın. Çünki, hətfənin altı günü işləyir bir bazarı var onu da evdə oturub istirahət etmək istəyirdi. Bir qədər düşündükdən sonra, birdən gözünə qəzetdəki dünya xəritəsi dəydi. Qəzetin həmin səhifəsini açıb…

– Gəl səninlə bir oyun oynayaq. Sənə tapşırıq verim.

Atam həmin səhifəni bir çox hissəyə parçalayıb dedi.

– Bax bu parçalanmış dünya xəritəsini tez bir zamanda birləşdirə bilsən kinoya gedəcik.

Mən çox sevinərək qəzet parçalarını atamın əlindən alıb tez otağıma qaçdım. Başladım birləşdirməyə.

Çox vaxt keçmədən atamın yanına gəldim.

– Ata buyur.

Atam əlimdən birləşdirdiyim qəzeti alıb baxan da şok olur. Tam qəqiq formada həm də çox az bir vaxtda birləmdirmişdim.

– Sən bunu tez bir vaxtda necə birləşdirdin?

– Həmin dünya xəritəsinin arxasın da bir də insan şəkili var idi. Düşündümki əgər insan düzələrsə dünya da düzələr.