Bəziləriniz uşaq, bəziləriniz heç dünyaya gəlməmişdiz, çoxunuz da o konsertdə olmamısız. İnternet də hər şey var düşüncəsi Azərbaycan da işləmir çünki, Azərbaycanın Texnologiyalarla bağlı Nazirlik və  idarələri internetdə arxivlərin paylaşılması ilə bağlı heç bir tədbir görmür. Çox tənbəl təşkilatlarımız var.

Qeyd: Əgər bununla bağlı kimsə internet də hər hansısa məlumat taparsa mənimlədə bölüşsün.

Snap! – Rhythm is a Dancer
Snap! – Rhythm Is A Dancer
Play

Mən məktəb vaxtarımda futbolu çox sevirdim, hətta Neftçi futbol klubunun bazasında futbol məşqləri edirdim. O vaxtı adı “Olimpia” idi indi adını dəyişiblər ya yox heçbir xəbərim yoxdur. Amma arada bir ordan keçən də o vaxtlar yadıma düşür. Orta yarımmüdafiəçi və az olan sürətli oyunçulardan biri idim.

Daha sonra çempionatlara qatılmağa başladım. Yadımdadır o vaxtı şəhər birincisi də olmuşduq. Göstərdiyim performansa görədə məşqçilər tərəfindən komandanın kapitanı seçildim. 10 nömrəni çox sevdiyim üçün sağolsunlar kamanda yoldaşlarım 10 nömrəni mənə çox görmədilər. İki məşqçimiz var idi Tahir və Elçin müəllim. Tahir müəllimdən xəbərim yoxdur amma Elçin müəllim artıq Almaniya da gənclərdən ibarət futbol komandasının məşqçisidir. Alman futbol komandaları üçün futbolçu yetişdirir və bu fəxr ediləsi bir vəziyyətdir. “Hər kəs burda insana verilməyən dəyərə görə öz doğma vətənini tərk etmək məcburiyyətin də qalır və bu vəziyyət, çox utanılacaqlı vəziyyətdir.” Buna görə tək insan yox bu cəmiyyəti yetişdirən və onu yönləndirən sistem utanmalıdır.

İllər artıq tam yadımda qalmayıb amma 2000/2002-ci illər idi. Həmin vaxtla isə bu gün adlandırdığımız (90’s Dance Music) yəni 90ların rəqs musiqiləri məhşur idi. Dr. Alban, Sash!, Snap!, Scetman, Mr. President, Eiffet 65 daha başqa musiqiçilər və qruplar.

Bir neçə ildən sonra Şəfa stadionuna kamanda olaraq transfer olduq və məşqlərə orda davam etməyə başladıq.

Bir müddətdən sonra xəbər etdilərki, Şəfa stadionun da konsert olacaq və xarici müğənnilərdən Snap!, Dr. Alban və adları yadımda qalmayan musiqiçilər gələcək. Bunu eşidən kimi çox sevinmişdim. Onlar konsert verən zaman onlarla görüşən insanlardan biri olmaq gözəl hisslərdən biridir. Bəlkə də musiqi sənətinə sevgim o vaxtdan gəlir. Snap! gəldi konsert verdi amma məlum olmayan səbəblərdən Dr. Alban gəlmədi.

Dr. Alban – It’s My Life
Dr. Alban – It's My Life
Play

Yenə də düşünəndəki çox sevdiyimiz bir şey və ya biri yanımızda olacaq həqiqətən də insan çox sevinir. Yəni sizə dəyər verən insanları dəyərləndirin. Sizinlə bir insan kimi maraqlanan insanların marağına hörmətlə qarşılıq verin.

“Birini və ya bir şeyi çox sevdiyini, onun üçün öləcəyini düşünürsənsə o yalandır. Çünki, çox hallar da sənə xoşbəxliyi, istəmədiyin biri və sevmədiyin şeylər verir.”

Heçnə və heçkəs əbədi deyil, əbədi olan tək şey bədənindəki bir nöqtədir, ruhun!.