Çoxları deyirki AAA Emin! Çəkdiyin şəkillər düzgün çəkilməyib. Kompazisiya qanunları düzgün qurulmayıb.

Amma bir şəkildə hər hansısa bir anormallıq görünürsə deməli həmin anormallıq qəstən yaradılıb.

Səbəbi isə belədir: Qanunları tətbiq etmək əslində asanddır, çünkİ bunlar universaldır. Amma biri bu qanunları yıxdığı zaman, bunu açıqlamaq o qədərdə asand deyil. Deməkki bunu başa düşmək sizin üçün çətindir.

Əgər niyə deyə sual versəniz, cavabında isə belə olardı. Elə mənim də məqsədim “NİYƏ” sualını verdirməkdir. Cavabını verib verməmək isə mənim əlimdədir.

Amma cavabını verəcək olarsam, səbəbi belə olardı. Əgər xəyali bir xarakter yaradacaqsansa, bunu klassik kompazisiya qanunları ilə göstərə bilmərsən. Onu və içində yaşadığı dünyanı fərqli göstərmək və hər hansısa bir hiss vermək üçün mütləq, klassik kompazisiya qanunlarını yıxıb yerinə ”balanssız, əyri, hesabsız” bir çərçivə yaratmaq lazımdır.

“Əgər bir sənətkarsansa o sənətin qanunlarını bil amma tez-tez istifadə etmə. “

Emin Mammadov